• şənbə, 20 Aprel, 13:01
  • Baku Bakı 23°C

Dirçəliş Günü ilə bağlı zəngilanlı idmançılar yarışdı - FOTOLAR

11.06.15 17:39 1275
Dirçəliş Günü ilə bağlı zəngilanlı idmançılar yarışdı - FOTOLAR
Bu gün Masazır qəsəbəsindəki şəhərcikdə məskunlaşmış Zəngilandan olan idmançılar arasında 15 İyun – Milli Dirçəliş Günü ilə bağlı idman yarışı keçiriblər. Yarışı izləyənlər arasında Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və rayon ictimaiyyətinin nümayəndələri də olub.
Zəngilan rayon Açıq Birinciliyində karate üzrə yarışa 15 komandanın tərkibində 100-ə yaxın idmançı qatılıb. Beynəlxalq dərəcəli hakimlərin idarə etdiyi yarışdan əvvəl çıxış edən Zəngilan rayonunun «Araz» idman klubunun rəhbəri, dəfələrlə dünya və Avropa çempionu olmuş Siyavuş Bayramov bildirib ki, karate idman növü dünyada ən çox maraq oyadan idman növlərindən biridir. Bakıda keçirilən Avropa Oyunlarında da karate ilk sırada yer tutur.
Tədbirdə qeyd olundu ki, Azərbaycan gənclərinə daim dəstək göstərən ümummilli lider Heydər Əliyev idmanın da inkişafına təkan verib. Prezident İlham Əliyevin isə idmanın inkişafında olan diqqət və qayğısı nəticəsində Azərbaycanda idmana maraq günü-gündən artır. İdman arenalarının sayının artması idmana meylli olan gənclərin, yeniyetmələrin də sayını artırıb.
Tədbirdə o da qeyd olundu ki, Avropa Oyunlarında Azərbaycan idmançılarının yüksək nəticələr göstərəcəyinə böyük ümidlər var.
Daha sonra komandalar arasında yarış keçirildi. Yarışda qalib gələn komandalara və idmançılara mükafatlar və qiymətli hədiyyələr təqdim olundu.

banner

Oxşar Xəbərlər