AZE | RUS | ENG |

Diplomatik nümayəndəliklərin rəhbərlərinin Şəki və Zaqatalaya səfərləri həyata keçirilir

Diplomatik nümayəndəliklərin rəhbərlərinin Şəki və Zaqatalaya səfərləri həyata keçirilir
İyunun 27-28-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə regionların inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən 50-dən artıq diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumat görə, səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, "Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.
Diplomatlar, eyni zamanda Zaqatala rayonunda "Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Fındıq emalı zavodu, "Azroze MMC” və "Azərtütün” MMC ilə tanış olacaqlar.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006