• cümə axşamı, 25 aprel, 14:44
  • Baku Bakı 23°C

Dini sekta nümayəndələri vəzifələrə necə gəlir? – Təhlükə

04.04.14 08:39 3087
Dini sekta nümayəndələri vəzifələrə necə gəlir? – Təhlükə
İnsanların yüksək vəzifəyə gəlməsinin, vəzifələrdə irəli çəkilməsinin əsas yolları geniş kütlələrə məlumdur:
1) Yüksək qabiliyyət;
2) Yüksək vəzifələrdə qohumun, tanışın olması və onun dəstəyi;
3) Lazımi adamlara rüşvət vermək.
Bu sonuncu 2 variant dövlətləri məhvə aparan üsullardır və məhz bu səbəbdən də, Azərbaycan dövləti bu variantlarla mübarizəni özünün kadr siyasətində əsas prioriteti elan edib: təhsil və işəqəbul sferalarının getdikcə bütün sferalarında insan faktorunun rolunun minimuma endirilməsi, əsas qərarları qəbul etmək funksiyasının getdikcə daha çox kompüterlərin ixtiyarına verilməsi, dövlətçilik üçün böyük xidmətlər göstərmiş şəxslərin dövlət mükafatları ilə təltif edilməsi, vəzifələrdə irəli çəkilməsi və b. bu qəbildəndir.
Biz bu məqalədə hələ heç kimin ciddi diqqət vermədiyi, buna görə də mübarizə aparmadığı 4-cü yol barədə danışacağıq: yüksək vəzifəli şəxsləri şantaj etməklə müəyyən adamları müəyyən vəzifələrə gətirmək barədə.
2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin və MKİ-nin keçmiş əməkdaşı Edvard Snoudenin mətbuata sızdırdığı sənədlərdən sonra məlum oldu ki, ABŞ dövləti 2010-cu ildən başlayaraq bütün dünya insanlarının telefon danışıqlarını, SMS-ləlrini, videoçatlarını, emallərini və internet üzərindən edilən digər istənilən əməliyyatları izləməklə məşğuldur. Danışıqları və yazışmaları izlənilənlər sırasında ölkə Prezidentləri və yüksək vəzifə tutan şəxslər ilk yerdə durur.
İzləmələr necə aparılır?

1) Mobil telefonların hamısının bir-biri ilə radiodalğalar vasitəsilə rabitə yaratdığı məlumdur. Hər bir nömrənin öz xüsusi dalğası (şifrələnmiş xətti) mövcuddur ki, həmin dalğaları istənilən peyk vasitəsilə tutmaq və deşifrə etmək iri dövlətlər üçün sadə bir işdir; Həmin şəxs Yer kürəsinin istənilən nöqtəsində öz nömrəsindən (şifrələnmiş xəttindən) istifadə etsə, dərhal onun yerini fiksiya etmək mümkündür. Vaxtilə çeçen lideri Cövhər Dudayevin məhz mobil danışıqlarına əsasən yerinin müəyyən edildiyi və həmin nöqtəni bombalamaqla məhv edildiyi məlumdur;
2) Mobil telefonlardan izləmə aləti kimi istifadənin imkanları daha genişdir: bu yaxınlarda istifadəyə verilmiş Nokia-Lumia telefonları istifadəçilərinə yaxşı məlumdur: telefonunun yaddaşında olan nömrələri Maykrasoft şirkətinə (Microsofta məxsus Hotmail.com saytına) ötürməsən telefon işə düşmür. Bu artıq sənin özünün məlumatlarını, eləcə də sənin telefonunda adı olan şəxslərin şəxsi məlumatlarını Microsoft-un yaxından əməkdaşlıq etdiyi MKİ-nin ixtiyarına ötürülməsi deməkdir. Bu hansı məlumatlardır? Əksər şəxslər öz telefonunda adı olan şəxslərin nömrəsinə həm də onun emailini əlavə edir, bir başqası şəklini qoyur, 3-cüsü vəzifəsini, iş yerini yazır, 4-cüsü ad gününü, ünvanını, ailə vəziyyətini və s. əlavə edir. Eyni bir telefon nömrəsi, və ya email üçün onlarla fərqli adamdan Hotmail.com saytına ötürülən məlumatları sinxronlaşdırmaqla konkret şəxslərin böyük bir dosyesi əmələ gəlir ki, lazım olduqda xüsusi idarələrin sorğusu əsasında bu məlumatlar onlara ötürülə bilir;
3) Mobil telefonların dinləmə qurğusu kimi istifadə edilməsi barədə müxtəlif vaxtlarda çox yaxılıb. Müəlliflər iddia edir ki, mobil telefonlar hətta söndürülmüş olsa belə, mikrofonları aktiv olur və diktofon kimi fəaliyyət göstərərək, daim ətrafında gedən söhbətləri yazıb, GPRS sistemi və ya digər yollarla lazımi ünvanlara çatdırır.
5) İnternet vasitəsilə izləmələr daha sadədir. Konkret poqramlar internet üzərindən aparılan bütün yazışmaları tutub, xüsusi proqramdan keçirdikdən sonra ünvanına yollayır. Bu proqramsa həmin mətnin içərisində xüsusi açar-sözləri axtarır: «terror», «Əl-Qaidə», «bomba» və s. tipli (onlar üçün təhlükə, və ya maraq yaradan daha başqa sözlər). Bunlar aşkar edildiyi halda həmin şəxsin digər bütün yazışmaları proqram vasitəsilə nəzarətə götürülür. Bütün yazışmalarda bunlar aşkar edilərsə həmin şəxs daha ali proqramın nəzarətinə düşür və onun bütün əlaqədə olduğu şəxslər, hər gün baxdığı internet səhifələrin hansılar olması və s. araşdırılır. Bütün testlərdən «mənfi» qiymət almış şəxs artıq ciddi nəzarətə götürülür və bütün proqramlarla, hətta canlı insanlar vasitəsilə izlənməyə məruz qoyulur. O cümlədən bu şəxsin dostlarının çevrəsi müəyyən edilir, onlarla yazışmaları, danışmaları nəzarətə götürülür, MKİ-nin qara siyahısında olan saytlara nə qədər çox girməsi izlənilir və s.
Nəyə lazımdır bütün bu informasiyalar?
ABŞ özü Snouden qalmaqalından sonra vəziyyətdən çıxmaq üçün bəyan etdi ki, bütün bunlar terrorçuları izləmək məqsədi daşıyır. Yəni, sadalanan metodlar vasitəsilə dünyanın istənilən ölkəsində ABŞ dövləti üçün təhlükə yaradan şəxslər müəyyən edilir və neytrallaşdırılır. Məsələn, hansısa «dostu» vasitəsilə onlara xaricdə «gəlirli iş imkanı», «karyera şansı» çatdırılır, bu yolla şirnikləşdirilərək ölkədən çıxarıldıqdan sonra lazımi orqanlar tərəfindən ələ keçirilir.
Lakin bu variant – işin çox bəsit tərəfləridir. Əldə olunan informasiyalar ABŞ dövlətinə məxsus şirkətlərin rəqiblərini bazardan vurub çıxarmaqdan tutmuş, müxtəlif dövlətlərin vəzifəli şəxslərini və dövlət xadimlərini şantaj edərək ABŞ dövlətinin maraqlarına xidmət etməyə təhrik etmək, razı olmayanları vəzifədən kənarlaşdırmaq üçün istifadə olunur.
Türkiyədə bu ərəfələrdə baş verən qarşıdurma hamıya yaxşı bəllidir. Qarşıdurmaların kökündə, məhz bir sıra yüksək vəzifəli şəxslərin telefon danışıqlarının izlənməsi və bu yolla əldə olunan məlumatlar əsasında real istintaqın aparılıb, açıqlanması məsləhət olmayan bir sıra faktların ictimaiyyətə açıqlanmasının durduğu yaxşı məlumdur. Baxmayaraq ki, adı həmin rüşvət qalmaqalında hallanan şəxslərin heç biri Türkiyə dövlətinə ziyan vurmayıb və Türkiyə dövlətinin pulunu mənimsəməyib, əksinə sanksiyaya məruz qoyulmuş İran dövlətinin sanksiyları zəiflətmək üçün qeyri-leqal yollarla xarici dünya ilə apardığı ticari əlaqələrinə kömək etməklə, öz ölkələrinin də bundan böyük məbləğdə qazanc götürmələrinə yardım ediblər – bununla belə adları ləkələndirildi və həbs olunmaları təşkil edildi. Bunun ardınca hətta ölkə Prezidentinin və onun ailə üzvlərinin də telefon danışıqlarının izlənildiyi faktı ortaya çıxdı və ona qarşı istifadə olunmağa başladı. Bu izlənmənin, hansısa Türkiyə polisinin və ya Fətulla Gülən camaatının aparması lap əvvəldən inandırıcı görünmürdü və mümkün də deyildi: İllərlə yüksək vəzifəli şəxslərin telefonları izlənilsin, amma bundan nə mobil rabitə şirkətlərinin özlərinin, nə də xəfiyyə idarələnin heç birinin xəbəri olmasın – bu mümkünsüz işdir. Bu işin məhz Snoudenin açıqladığı həmin izləmə proqramı çərçivəsində xarici ölkələrin kəşfiyyat idarələri tərəfindən aparıldığı, lazım olanda Türkiyə rəhbərliyini həmin ölkələrin marağına xidmət edən addımlara (güman ki, Suriyaya birbaşa hücuma) məcbur etmək üçün şantaj kimi istifadə olunduğu, onlar buna razı olmadıqda isə, ölkənin öz polisinin adından hissə-hissə ictimailəşdirilərək, bu ölkədə inqilab ssenarisini işə salmaları qeyd-şərtsiz faktdır. Allaha çox şükr ki, Türkiyə rəhbərliyi müdrik addımlarla bu «bahar»dan ölkəsini qoruya bildi.
Bu izləmələrdən əldə edilən məlumatların daha bir tətbiq yeri: daha aşağıdakı məmurları ABŞ və digər dövlətlərin maraqlarına xidmət edən addımlara təhrik etməkdir. İstənilən adamın qohumlardan, cəmiyyətdən və dövlətdən gizli olan öz məxfi dünyası və açılmasından qorxduğu sirrləri var: gizli məhəbbət məcərası, gizli biznesi, hansısa saxta işi və s. Bu sirrləri – onun ağrılı nöqtələridir və onu idarə etməyə imkan verən rıçaqlardır. Bunları əldə etmək - həmin kəşfiyyat idarələrinin bu vəzifəli şəxs üzərində hakimiyyət əldə etməsi deməkdir ki, bununla da onu öz planlarının alətinə çevirirlər. Belə planlardansa ən başlıcası – onlara lazım olan adamları onlara lazım olan vəzifələrə gətirməkdir. Bu gün vəhhabilərin (Sələfilərin), Nurçuların, Yehovaçıların və ABŞ-la əlaqədar olan digər dini sektaların müxtəlif ölkələrdə ən yüksək postları tutmaları barədə mətbuatda çox yazılır. Onların bu nailiyyətinin əsas sirri məhz bununla əlaqədardır: «Şantaj Silahı» ilə bu sektaların aktiv nümayəndələri dövlət orqanlarında müxtəlif zəruri postlara yerləşdirilir, və ya iri biznes qurmasına yardım edilir, onlara bu işdə mane olanlarsa «şantaj silahı» ilə vurularaq vəzifədən kənarlaşdırılır -- mətbuata, və ya lazımi adamlara zəruri informasiyalar sızdırılması yolu ilə. Vəzifələrə yerləşdirilən şəxslərinsə əsas funksiyası – sektaya siyasi və iqtisadi dəstək vermək, onların mümkün qədər çox üzvünü vəzifələrdə irəli çəkməkdir. Sektaya göstərilən bu xidmətsə əvəzsiz qalmır – sən sektaya nə qədər çox verirsənsə, ondan da bir o qədər çox alırsan: sən əlində olan imkanlardan istifadə edib, sektanın büdcəsinə nə qədər çox qazanc gətirirsənsə, və ya sekta üzvlərinə nə qədər çox kömək göstərirsənsə, sekta, yəni sektanın daha yuxarı postları tutan üzvləri və ya sektada hamının daha böyük dayağı, arxası olan həmin «gözəgörünməz əl» - MKİ də, sənin biznesinin və cəmiyyətdəki mövqeyinin artmasına bir o qədər çox yardım edir. Beləliklə, korrelyativ rabitə və qarşılıqlı maraq üstündə dayanan aqressiv bir şəbəkə meydana çıxır və ildırım sürətilə dövlətin bütün sferalarına sirayət edərək, getdikcə daha çox orqanı yoluxdurur. Bu sektaya daxil olmağın mənfəətini görən, onun qüdrətini öz üzərində hiss edən insan üçünsə bu yol həyat amalına, həmin qüdrətli «Gözəgörünməz Əl»sə – Allaha çevrilir. Bu konveyerin əsas iş prinsipinin öz-özünü maliyyələşdirmə və özünüdəstəkləmə prinsipi üzərində qurulduğundan, onların xarici kəşfiyyat idarələri ilə rabitəsini aşkarlamaq da mümkünsüz olur. Belə ki, sektanın hesabına köçürülən bütün vəsaitlərin sektanın «təəssübkeşi» olan ölkə vətəndaşlarının özlərinin ianəsi olması dövlət idarələrini aldadır. Həmin ianə verən şəxslərin özlərinin biznesinin «gözəgörünməz xarici əl» tərəfindən qurulub, himayə edilməsi isə nəzəri cəlb edə bilmir.
«Ərəb baharları», «Narıncı inqilablar» bir gecəyə hazırlanmır. Bu inqilablara hazırlıqlar illərlə aparılır və lazımi gündə düymə basılıb, inqilaba start verilən anda dövləti müdafiə etməli olan strukturlar buna tam fəaliyyətsizliklə reaksiya verirlər. Çünki bu postlara yerləşdirilmiş şəxslər hələ çoxdan bütün hakimiyyətdəkiləri özlərinə düşmən kimi qavrayırdılar. Hakimiyyətdəkilər - onların şəbəkəsinin aqressiv irəliləyişinə, bizneslərinə qətiyyətlə mane olan, onları sıxışdıran, sekta qarşısındakı borclarını qaytarmağa imkan verməyən yad bir tayfa kimi görünür onlara. Məhz bu «yad tayfanın» müqavimətinə görə bu adamlar tez-tez «gözəgörünməz barmağın» hədəsini hiss ediblər, və hər an bu «gözəgörünməz əl» tərəfindən vurulmağın qorxusunu yaşayıblar. Bu günsə artıq həmin «gözəgörünməz əlin» sığalını hiss etmək məqamıdır və bütün qorxulara həmişəlik son qoyulacağı bir gündür.
Bu qədər qaçqın və məcburi köçkünlərimizin problemlərinə, 20% torpaqlarımızın işğalına göz yuman bir sıra xarici dövlətlərin mütəmadi olaraq Azərbaycandakı seçkilərdən narazı qalması, burada söz azadlıqlarının, dini azadlıqların boğulmasına etiraz bildirmələri, Azərbaycan iqtidarının onların burada geniş əl-qol açmasına imkan verməməsinin və onların marağına xidmət etməməsinin, əksinə öz xalqını onların təsirlərindən daha yaxşı qorumasının göstəricisidir.
Cabbar Məmmədov
BDU-nun doktorantı
[email protected]
banner

Oxşar Xəbərlər