• cümə, 29 Mart, 01:40
  • Baku Bakı 7°C

Dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib

18.05.17 12:40 938
Dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə "Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.
Tədbirdə Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov, Dövlət Təhlükəsizliyi Xidmətinin Pirallahı ərazi bölməsinin məsul əməkdaşı Fuad Cəfərov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Aslan Sultanov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov dini radikalizmə qarşı effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında söhbət açdı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasında vətəndaşlar arasında dini radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları vardır. Gənclərin dini radikalizmə qarşı mübarizədəki rolunu önə çəkən H.Şikarov bildirdi ki, hal-hazırda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar, xüsusilə də gənclər fəal iştirak etməlidirlər.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Aslan Sultanov "Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda geniş məruzə ilə çıxış etdi. Aslan Sultanov bildirdi ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir. Azərbaycan beynəlxalq müstəvidə də İslam həmrəyliyinin müdafiəçisi kimi humanist mövqe nümayiş etdirir.
Toplantıda şagirdlərin sualları cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.
banner

Oxşar Xəbərlər