• şənbə, 20 Aprel, 06:47
  • Baku Bakı 14°C

“Dini radikalizm bütün dünyada təhdid doğurur”

19.07.16 15:40 958
“Dini radikalizm bütün dünyada təhdid doğurur”
Bu gün "Paradiqma" İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə və təşviqat işinin gücləndirilməsi” mövzusunda növbəti tədbirini keçirib.

Azadinform xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirlilayihənin dini aqressivlik və radikallıq, ekstremizm, habelə separatizm təzahürlərinin qarşısının alınmasından, bu kimi halların ifşa olunması prosesində dövlət, ictimaiyyət, QHT, KİV, elm və din xadimlərinin birgə əməkdaşlığının təmin olunmasından bəhs etdiyni söyləyib. E.Nəsirli qeyd edib ki, son günlər cəmiyyətdə geniş müzakirə olunan və ciddi narahatlıq doğuran məsələlərdən biri də ölkəmizdə radikallıq meyllərinin artması, gənclərin yad təsirlərə məruz qalaraq radikal dini qruplaşmalara qoşulması və Azərbaycan vətəndaşlarının dünyanın müxtəlif qütblərində cərəyan edən münaqişəyə cəlb edilməsidir: "Məlum olduğu kimi dini radikalizm hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışların məcmusudur. Dini ekstremist deyəndə isə təbii ki, hər hansı formada dini ekstremist fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxs başa düşülür. Bu gün dini radikalizm, demək olar, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Son zamanlar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlər din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmaların üzvlərinin çirkin əməllərinin qarşısını alıb. Onların əsas məqsədi öz havadarları vasitəsilə dini, etnik və məzhəb ayrı-seçkiliyi salmaqla dövlətçiliyə zərbə vurmaq idi”.
E.Nəsirli əlavə edib ki, ABŞ kimi supergüc məlum 11 sentyabr hadisəsindən sonra dini radikalizmi dövlətçiliyə təhdid kimi qəbul etdi və bununla mübarizəni daha da genişləndirdi: "Dini radikalizmi və Azərbaycan üçün ənənəvi olmayan yad dini cərəyanlar ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətin dünyəvi təməlləri üçün ciddi təhlükədir. Dövlət dindarların ibadətləri üçün bütün şəraiti yaradıb. Ölkə Konstitusiyasında vətəndaşların vicdan azadlığı tam təmin edilib. Dini radikalizm təhlükəsinin minimum həddə qalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək lazımdır”.
Millət vəkili vurğulayıb ki, cəmiyyətdə işsiz gənclər dini ekstremistlərin ən zəif nöqtəsidir: "Dağıdıcı qüvvələr bundan sui-istifadə edirlər”.
"Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyevbildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir: "Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq milli mentalitetimizə xas olmuşdur. Bu, adına "tolerantlıq” deyilən, gerçəkdə isə xalqımızın genetik koduna möhürlənmiş insanlıq, humanizm və bəşərilikdir. Bu, həqiqətdir, ən yüksək kürsülərdə səslənən səmimi etirafdır.
N.Niftiyev qeyd edib ki, ümumiyyətlə, bütün dövrlərdə dini radikalizm müxtəlif formalarda özünü büruzə verib: "İnsanlığa qarşı yönəlmiş bu cür riyakar planlar müasir dövrümüzdə də işə salınır. İslam dininin humanist ideyalarına "bürünərək” onu gözdən salmaq cəhdləri yolverilməzdir. Son zamanlar Bakının Nardaran qəsəbəsində yaşadıqlarımız bunun əyani təzahürüdür. Lakin Azərbaycan ictimaiyyətinin dərin etirazı və dövlətin gücü qarşısında onların çirkin əməllər həyata keçirmək istəkləri tamamilə alt-üst oldu. Həmin terrorçu qruplaşmanın din pərdəsi altında fəaliyyət göstərən və xarici dairələr tərəfindən idarə olunan üzvləri Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq üçün çirkin planlarını həyata keçirmək istəyirdilər”. N.Niftiyev "Multikulturalizm ili” çərçivəsində keçirilən bu kimi tədbirlərin gənclərin maarifləndirilməsi işinə böyük töhfə verəcəyini söylədi.
"Gənc Diplomatlar” İctimai Birliyinin məsləhətçisi Xalid Quliyevvurğulayıb ki, terrorçunun milləti, dini olmur və ekstremizm din mənsublarının psixologiyasından qaynaqlanır: "Bunun səbəbləri isə dini maarifləndirmənin zəif olması, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmamasıdir. Gənclərin bu təsirlərdən qorunması, radikalizm meyllərinin qarşısının alınması üçün bütün imkanlar səfərbər edilməli, daha effektiv üsullar düşünülməli, daha sistemli və səmərəli işlər görülməli və zəruri qabaqlayıcı addımlar atılmalıdır”. X.Quliyev vurğulayıb ki, dünyanı təhdid edən belə təhlükə eyni zamanda Azərbaycana da sirayət edib: "Son zamanlar hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmaların üzvləri öz çirkin əməllərini davam etdirirlər. Hərçənd ölkəmizdə ciddi dini radikalizm təhdidi olmasa da, bu təhlükənin minimum həddə qalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək lazımdır”.
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevbildirib ki, Gürcüstanda yaşayanların da özünəməxsus problemləri var: "Gürcüstanda 300 min Azərbaycanlı yaşayır, onların 90% Azərbaycan dilini bilmir, bu da təbii ki, yerli əhali və hakimiyyət nümayəndələri ilə ünsiyyət problemi yaradır. Bildiyiniz kimi, bu gün Gürcüstan ekstremistlərin mərkəzinə çevrilib”.
"Mərhəmət” Kimsəsizlərə Dəstək Təşkilatının sədri İradə Nəsirovaqeyd edib ki, dini ekstremizm və fanatizmin nəinki Azərbaycanda, başqa ölkələrdə qarşısı alınmalıdır: "Ən mühum vasitə maariflənmədir. Bu barədə məlumatsızlıq onları pis addımlar atmağa sövq edir. Gənclərimiz isə maarifləndirmədən kənarda dayanıblar”.
Tədbirdə çıxış edən digər natiqlər də gəncləri ayıq-sayıq olmağa səsləyiblər.
banner

Oxşar Xəbərlər