• çərşənbə, 24 Aprel, 02:11
  • Baku Bakı 14°C

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

17.03.17 16:26 702
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şabrandakı Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan sakinləri qəbul edib.
Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkili və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək, qaldırılan məsələlərdən bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.
banner

Oxşar Xəbərlər