• cümə axşamı, 28 mart, 18:08
  • Baku Bakı 13°C

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsi dəyişdirildi

15.04.14 17:23 1113
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsi dəyişdirildi
Azərbaycan Respublikasının Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
AzərTAc xəbər verir ki, sənəddə deyilir.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481; 2005, № 5, maddə 403; 2008, № 3, maddə 175, № 11, maddə 970; 2009, № 7, maddə 533, № 11, maddə 881, № 12, maddə 983; 2011, № 2, maddə 85, № 12, maddə 1138; 2012, №11, maddə 1110; 2013, №2, maddə 113) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. birinci cümlədə “iki” sözü “üç” sözü ilə əvəz edilsin;
2. ikinci cümlədə “və müavini” sözləri “və müavinləri” sözləri ilə əvəz edilsin".
banner

Oxşar Xəbərlər