AZE | RUS | ENG |

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsabiqə elan etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsabiqə elan etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu gün mətbuat konfransı keçirdi. Media nümayəndələri ilə görüşün məqsədi yeni komitənin saytının yaradılması ilə bağlı təkliflərin qəbulu və loqo seçimi üçün müsabiqə elanın verilməsi idi.
Tədbirdə DQİDK-nın mətbuat katibi Orxan Əli bildirdi ki, Azərbaycanda ilk dəfə olaraq dövlət qurumu öz loqo müsabiqəsini keçirtmək üçün qeyri-hökumət təşkilatı ilə birgə əməkdaşlıq edir. Sonra əlavə etdi ki, Dövlət Komitəsinin loqo müsabiqəsinin təşkili Müasir İnkişaf İctimai Birliyinə həvalə olunub.
Loqonun konsepsiyası barədə məlumat verən İB sədri Mübariz Göyüşlü isə komitə üçün seçilməli olan loqonun şərtlərindən danışdı: “Loqo Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc, birgə yaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin tolerantlıq modelini tərənnüm etməli, dünyada nümunə ola biləcək şəkildə tanıtmalı və təbliğ etməlidir. Bununla yanaşı, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar da öz əksini tapmalıdır. Müsabiqədə 35 yaşa qədər yaradıcı və fəal gənclər iştirak edə bilər. Loqonun eskizi A4 formatda kağızda və CD disk şəkilində təqdim edilməlidir. Müsabiqənin qalibi 500 manat və Dövlət Komitəsinin diplomu ilə mükafatlandırılacaq. Müsabiqə cari il oktyabrın 5-dək keçiriləcək”.
Komitə rəsmisi O.Əli həmçinin yeni rəsmi saytın hazırlanması ilə bağlı açıqlama da verdi. Bildirdi ki, dini icmaların mətbuat və ictimaiyyətin ehtiyac duyulduğu məlumatları daha asan və dəqiq şəkildə tapması üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verib: “Dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təkliflərini irəli sürə bilərlər. Saytda ölkənin müxtəlif yerlərində mövcud olan dini icmaların elektron xəritələri də yaradılacaq. Həmçinin, vətəndaşların sayt vasitəsilə komitəyə birbaşa müraciəti də təmin olunacaq. Onlar komitənin sədri ilə də birbaşa əlaqə saxlaya biləcəklər”. O da qeyd olundu ki, yeni saytın təqdimat mərasimi komitənin sədri Elşad İskəndərovun iştirakı ilə oktyabr ayında keçiriləcək.
Qeyd edək ki, bir neçə gündür Dövlət Komitəsinin artıq “Facebook” və “Twitter” səhifələri də yaradılıb.

Elgün

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946