• cümə, 19 Aprel, 03:04
  • Baku Bakı 18°C

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir

19.09.18 13:21 613
“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
Sentyabrın 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din, gənclər siyasəti barədə danışıb. Bildirilib ki, tədbirin əsas məqsədi gənclərin dövlət-din sahəsində həyata keçirilən siyasətə münasibətini öyrənməkdir.
A.Cavadov qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim dini sahəyə, inanclı insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan tolerant dövlətdir, ona görə də ölkədə dini ayrı-seçkilik yoxdur. Bu da Azərbaycan dövlətinin özəlliyidir.
"Baxın, Azərbaycan parlamentinin üzvləri arasında xristian və digər dinlərin nümayəndələri var. Biz heç vaxt bu məsələdə fərq qoymayacağıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin azərbaycançılıq prinsipinin tərkibində əksini tapıb. Hər kəs bilməlidir ki, radikallığın sonu uçurumdur. Ölkə gəncləri yan təsirlərə meyillənməməlidirlər”,- deyə S.Orucov söyləyib.
O qeyd edib ki, Azərbaycanda din və dövlət münasibətləri ilə bağlı təkmil qanunvericilik bazası mövcuddur.
banner

Oxşar Xəbərlər