• cümə, 29 Mart, 09:30
  • Baku Bakı 5°C

Dini Komitədə İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

08.09.16 18:28 781
Dini Komitədə İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlıİsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, komitə sədri yəhudilərin Azərbaycanda 2500 ildir məskunlaşdığını, öz adət-ənənələrini qoruyub saxladıqlarını deyib. M. Qurbanlı bu icmanın Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiyini xüsusi qeyd edib.

Herbert Vinter isə Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu vurğulayıb. Ölkədəki dövlət-din münasibətlərini, tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini bildirib.
banner

Oxşar Xəbərlər