• şənbə, 20 Aprel, 04:18
  • Baku Bakı 15°C

Dini icma Dövlət Komitəsini məhkəməyə verdi

27.05.14 10:34 408
Dini icma Dövlət Komitəsini məhkəməyə verdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Fatimeyi-Zəhra” dini icması Komitənin müraciəti əsasında dini icmanın dövlət qeydiyyatının məhkəmə yolu ilə ləğv olunması ilə bağlı 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
İki ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək, “Fatimeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıb.
Məhkəmə Dövlət Komitəsinin iddiasını təmin edərək, icmanın dövlət qeydiyyatını ləğv edib.
Qərardan narazı qalan dini icma apelyasiya şikayəti verib./apa/
banner

Oxşar Xəbərlər