• cümə, 19 Aprel, 04:46
  • Baku Bakı 18°C

"Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri"

13.12.16 18:17 677
"Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Tərtər rayon "Cümə” məscidi dini icması tərəfindən Tərtər şəhər Gənclər Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, rayon gəncləri, icma üzvləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov açaraq maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov məruzəsində radikal dini cərəyanlardan, onların təbliğat metodlarından, fəaliyyətlərindən və radikal dini cərəyanlara qarşı mübarizə üsullarından danışıb.
Məruzə ətrafında Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və Səhləbad kənd tam orta məktəbinin müəllimi Səbuhi İbrahimov da çıxış ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014–cü ildə imzaladığı Sərancama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti əsasında həyata keçirilib.
banner

Oxşar Xəbərlər