• çərşənbə, 24 Aprel, 08:31
  • Baku Bakı 13°C

“Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib - Fotolar

30.11.16 16:15 831
“Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib - Fotolar
Bakı Dövlət Universitetində (BDU) "Dini ekstremizm və onun fəsadları” mövzusundatədbir keçirilib.BDU-nun Mətbuat və informasiya şöbəsindən "Kaspi"yə bildirilib ki, tədbirin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Fitnə” sənədlifilmə baxılıb. Sonra rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən elan edilmiş "Multikulturalizm ili” çərçivəsində ölkədə böyük işlər görülür, çoxşaxəli addımlar atılır. Həmin sahədə ən önəmli məsələlərdən biri bu sahədə gənclər arasında aparılan maarifləndirmə işinin düzgün qurulmasıdır. Tədbirin də elə bu məqsədlə təşkil edildiyini deyən rektor dünyada aparıcı güclərin din amilindən geosiyasi maraqları üçün istifadə etdiklərini, din pərdəsi altında müxtəlif münaqişələr törətdiklərini, islamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onun gözdən salmağa yönələn siyasət həyata keçirdiklərini bildirib. Akademik Abel Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Rektor xüsusi olaraq vurğulayıb ki, bəzi qüvvələrin sui-istifadə etdiyi dini ekstremizm kimi çirkin əməllərin öhdəsindən maarifçiliyin yüksəlməsi, elmin və mədəniyyətin inkişafı ilə gəlmək olar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.

Tədbir Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinindekanı, Qafqaz Müsəlmanları İdarəsiElmi-Dini Şuranın sədri,akademik Vasim Məmmədəliyevin çıxışı başa çatıb.



banner

Oxşar Xəbərlər