• cümə axşamı, 25 aprel, 06:08
  • Baku Bakı 14°C

Dini də, orucu da, cənnət-cəhənnəmi də inkar etdi...

01.07.14 10:06 1375
Dini də, orucu da, cənnət-cəhənnəmi də inkar etdi...
Hər zaman qalmaqalları ilə yadda qalan müğənni Əli Mirəliyev yenidən gündəmdədir.
Teleqraf.com saytına müsahibə verən ifaçı Ramazan ayında oruc tutmayacağını deyib:
- Əli bəy, Ramazan sizin üçün nə deməkdir?
- Mən bu haqda heç nə bilmirəm və bilmək də istəmirəm. Heç vaxt oruc tutmamışam və bunun da tərəfdarı deyiləm. Müğənnilərin hamısı ilin on bir ayını kef edir, hamını aldadırlar, sonra da yalandan oruc tuturlar. Mən bağda işləyirəm, insanlığa layiq yaşayıram, heç kimi aldatmıram. Oruc tutmasam da, olar.
- Ümumiyyətlə, nə vaxtsa oruc tutmusuz?
- Xeyr.Tutmayacağam da. Həccə filan da getməyəcəyəm. Bunlar axı nəyə lazımdır? Müğənnilərin çoxu Həccə gedir, gələndə soyunub çıxırlar efirə. Soruşan lazımdır, soyunacaqdınsa, niyə getmişdin ora? Özlərini xalqa göstərmək üçün yalandan deyirlər ki, orucluyam. Amma otururlar televizorun qarşısında və yaxud internetdə.
- Cənnət və cəhənnəmə inanırsız?
- Ay qızım, cənnət də, cəhənnəm də elə buradır. Hər şey dağılır, qardaş bacıya təcavüz edir, ər arvadını doğrayır, uşaqlar böyüklərin sözünə qulaq asmır. Cəhənnəmdir də. Amma o biri dünyadakı cəhənnəm bundan pis olacaq. Min bir yolnan xalq artisti adını alan çoxları orda heç nəylə özlərini müdafiə edə bilməyəcək.
- Ramazan ayında şou-biznes nümayəndələri qazancsiz qalırlar…
- Qalsınlar da. Onsuz da onlar restoranlarda oxuyurlar. Orda o qədər də qazanc əldə edə bilmirlər. Qazandıqlarını ancaq manikürlərinə, kreditlərinə, bankdakı borclarına verirlər.
banner

Oxşar Xəbərlər