• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Dindarlar İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər

22.08.13 10:39 1339
Dindarlar İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər
APA-nın məlumatına görə, “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda keçirilən regional konfransda qəbul edilmiş bəyanatda bildirilib ki, bu gün Azərbaycan xalqı və dövləti böyük və ciddi əhəmiyyətli tarixi hadisə – prezidenti seçkiləri ərəfəsindədir.
Bəyanatda seçkilərdə iştirak etməyin hər kəsin vətəndaşlıq borcu olduğu da qeyd olunub: “Bu, dindar üçün həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Çünki dindar insan seçkilərdə iştirak etməklə həm vətəndaşlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan dindarların cəmiyyətin önəmli təbəqələrindən biri kimi seçkilərdə daha aktiv iştirak etməsi zəruri və təbii haldır. Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Şimal bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşiriblər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə Sumqayıt-Abşeron bölgəsində deyil, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcəkdir”.
banner

Oxşar Xəbərlər