• cümə, 19 Aprel, 21:44
  • Baku Bakı 24°C

Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq

21.05.18 10:45 849
Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
İyunun 20-dən 23-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Traviata” əsəri nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Violetta Valeri obrazını iyunun 20-də və 22-də Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın "Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.
banner

Oxşar Xəbərlər