AZE | RUS | ENG |

Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq

Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
İyunun 20-dən 23-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Traviata” əsəri nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Violetta Valeri obrazını iyunun 20-də və 22-də Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın "Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000