• cümə, 19 Aprel, 07:28
  • Baku Bakı 13°C

Dinara Əliyeva Böyük Teatrda Yelizaveta Valua obrazını yaradacaq

13.01.18 11:15 687
Dinara Əliyeva Böyük Teatrda Yelizaveta Valua obrazını yaradacaq
Martın 1-dən 4-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin "Don Karlos” operası nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, martın 1-də və 3-də səhnə əsərində Yelizaveta Valua obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın "Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
banner

Oxşar Xəbərlər