• cümə, 29 Mart, 16:29
  • Baku Bakı 14°C

Din xadimlərinin siyahısı Fonda təqdim olunub

19.04.18 12:45 829
Din xadimlərinin siyahısı Fonda təqdim olunub
"Azərbaycanda maddi dəstək alacaq din xadimlərinin siyahısı ilə bağlı məsələ dəqiqləşdirilir”.
APA-nın məlumatına görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsisədrinin səlahiyyətlərini icra edənMübariz Qurbanlıbildirib.
O qeyd edib ki, müvafiq siyahı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib və hazırda fond bu məsələni dəqiqləşdirir: "FondlaQafqaz Müsəlmanları İdarəsibu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib. Bu dəstək maaş formasında deyil, maddi dəstək formasında din xadimlərinə veriləcək”.
M. Qurbanlı bildirib ki, vəsait yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq: "Dəstək vəzifəyə görə dəyişəcək. Daha yüksək əmək haqqı imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də Fonddan maddi dəstək veriləcək".
banner

Oxşar Xəbərlər