• cümə axşamı, 25 aprel, 17:01
  • Baku Bakı 23°C

DİN Vertolyot Meydançasının rəisinin törətdiyi qəza ilə bağlı məlumat yayıb

01.05.17 13:30 1434
DİN Vertolyot Meydançasının rəisinin törətdiyi qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi(DİN) vəzifəli şəxsin törətdiyi qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, aprelin 29-da Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi "Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T. Dadaşov və S. Həşimov xəstəxanaya yerləşdirilib. T. Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
F.Qasımov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Mətbuatın yaydığı məlumata görə, F. Qasımov Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisidir.
banner

Oxşar Xəbərlər