DİN: ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

DİN: ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Kriminal
14 Oktyabr 2019, 15:45 150
Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 41 cinayətin üstünü "isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayət açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.