• şənbə, 20 Aprel, 01:16
  • Baku Bakı 15°C

DİN: Ötən iki gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb

25.11.19 13:00 532
DİN: Ötən iki gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən iki gün ərzində törədilmiş 29 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş altı ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər