• cümə axşamı, 25 aprel, 21:12
  • Baku Bakı 21°C

DİN: Ötən gün yol qəzalarında 7 nəfər ölüb

23.11.19 13:38 464
DİN: Ötən gün yol qəzalarında 7 nəfər ölüb
Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
DİN-dənAPA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər