• cümə, 29 Mart, 16:38
  • Baku Bakı 14°C

DİN: Ötən gün törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb

14.09.19 15:45 747
DİN: Ötən gün törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün törədilmiş 17 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər