• cümə axşamı, 25 aprel, 17:00
  • Baku Bakı 23°C

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər tutulub

26.03.21 14:00 610
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər tutulub
Daxili İşlər Nazirliyi 2021-ci il mart ayının 25-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü "isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

banner

Oxşar Xəbərlər