• cümə axşamı, 28 mart, 18:26
  • Baku Bakı 13°C

DİN: ötən gün 17 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

15.04.21 12:45 472
DİN: ötən gün 17 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 14-də respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 16 nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyəti nisbətən ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik".

banner

Oxşar Xəbərlər