• cümə axşamı, 18 aprel, 05:04
  • Baku Bakı 15°C

DİN stadiondakı qarşıdurma ilə bağlı məlumat yaydı

29.05.13 14:32 1629
DİN stadiondakı qarşıdurma ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi mayın 28-də Tofiq Bəhramov adına stadionda “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması zamanı baş verən hadisələrlə bağlı məlumat yayıb.
Lent.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, stadionda ictimai asayişin kobud şəkildə pozulmasına cəhd göstərilib: “Oyunun sonlarında stadionda və ətrafında ictimai asayişin kobud formada pozulmasına cəhd edilib. Stadionda asayişi qoruyan qüvvələr tərəfindən bu cəhdin qarşısı alınıb. Bu zaman stadiona yandırıcı-pirotexnik maddələr atan və ictimai qaydaları kobud şəkildə pozan 2 nəfər saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunub. Hər iki şəxs barəsində məhkəmə tərəfindən inzibati həbs tədbiri seçilib”.
Qeyd edək ki, kuboku “Neftçi” komandası qazanıb.
banner

Oxşar Xəbərlər