• cümə, 26 Aprel, 07:48
  • Baku Bakı 12°C

DİN qətl hadisələri ilə bağlı məlumat yaydı

15.07.13 13:47 1177
DİN qətl hadisələri ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi iyulun 14-də ölkə ərazisində törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 14-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş ruhi xəstə Şahin Əliyev “Yaşıl Dərə” adlandırılan ərazidəki evlərdən birində yaşayan qayını Mehman Abdullayevin evinə gəlib orada olan arvadı Gülarə ilə aralarında yaranmış münaqişə zəminində Mehmana və Gülarəyə bıçaqla xəsarət yetirib. Nəticədə Gülarəyə və Mehman xəstəxanaya yerləşdirilib. M.Abdullayev xəstəxanada ölüb, Gülarəyə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əliyev tutulub.
Daha bir qətl hadisəsi Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib. Qəsəbədə yaşayan ruhi xəstə Həsən İsmayılov münaqişə zəminində arvadı Ramizəni bıçaqla qətlə yetirib. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
banner

Oxşar Xəbərlər