• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

DİN polis kapitanının həbsi ilə bağlı xəbərlərə münasibət bildirdi

04.04.14 08:48 1241
DİN polis kapitanının həbsi ilə bağlı xəbərlərə münasibət bildirdi
Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinin əməkdaşının tutulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Bu barədə APA-nın sorğusunu cavablandıran nazirliyin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Sadiq Gözəlov qeyd edib ki, həmin şöbənin bəzi əməkdaşlarının qanunazidd hərəkətləri barədə daxil olmuş məlumat əsasında nazirlik tərəfindən zəruri əməliyyat tədbirləri həyata keçirilib: “Daxili işlər orqanları üzrə müvafiq tədbirlər davamlı sürətdə aparılır”.
Qeyd edək ki, APA ötən gün Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyev saxlanılması barədə məlumat yayıb.
banner

Oxşar Xəbərlər