• cümə, 29 Mart, 01:50
  • Baku Bakı 7°C

DİN pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb

28.10.17 13:15 1109
DİN pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi(DİN) Goranboyda pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi "İsuzu” markalı avtobusu aşırıb. Nəticədə S. Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər