• çərşənbə axşamı, 23 aprel, 23:11
  • Baku Bakı 20°C

DİN mikroavtobus qəzası ilə bağlı məlumat yayıb

12.03.18 09:00 665
DİN mikroavtobus qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) martın 11-də Yevlax rayonu ərazisində baş vermiş mikroavtobus qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, martın 11-də səhər saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53” markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit” markalı mikroavtobus toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfəri xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti sabit, 2 nəfərinki isə orta-ağırdır.
Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olublar. Qəzaya uğrayan mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keçirən nəqliyyat vasitəsi idi.
Faktla bağlı müvafiq araşdırma aparılır.
banner

Oxşar Xəbərlər