AZE | RUS | ENG |

DİN mikroavtobus qəzası ilə bağlı məlumat yayıb

DİN mikroavtobus qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) martın 11-də Yevlax rayonu ərazisində baş vermiş mikroavtobus qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 11-də səhər saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53” markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit” markalı mikroavtobus toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfəri xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti sabit, 2 nəfərinki isə orta-ağırdır.

Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olublar. Qəzaya uğrayan mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keçirən nəqliyyat vasitəsi idi.

Faktla bağlı müvafiq araşdırma aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000