• çərşənbə, 24 Aprel, 03:10
  • Baku Bakı 14°C

DİN məişət tullantıları qutusunda tapılmış qadın meyiti ilə bağlı RƏSMİ MƏLUMAT yaydı

17.02.18 12:01 618
DİN məişət tullantıları qutusunda tapılmış qadın meyiti ilə bağlı RƏSMİ MƏLUMAT yaydı
Fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.
Trend-ə DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər