• cümə axşamı, 28 mart, 12:48
  • Baku Bakı 16°C

DİN Lənkəranda yeni doğulan körpənin müəmmalı ölümü ilə bağlı məlumat yayıb

31.07.17 13:20 1558
DİN Lənkəranda yeni doğulan körpənin müəmmalı ölümü ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyinin (DİN) Lənkəranda yeni doğulan uşağın ölməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu bildirib.
Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
banner

Oxşar Xəbərlər