• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

DİN Hüseyn Abdullayevin beynəlxalq axtarışa verildiyini təsdiqlədi

27.06.13 11:08 1235
DİN Hüseyn Abdullayevin beynəlxalq axtarışa verildiyini təsdiqlədi
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq sabiq millət vəkili Hüseyn Abdullayevin dövlətlər arası və beynəlxalq axtarışa verilməsini təsdiqləyiblər.
Hazırda H. Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, APA iyunun 26-da hüquq-mühafizə orqanlarına istinadən H. Abdullayevin axtarışa verilməsi barədə məlumat yayıb. H. Abdullayevin barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Hüseyn Abdullayev bundan əvvəl 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F. Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
banner

Oxşar Xəbərlər