• cümə axşamı, 25 aprel, 05:21
  • Baku Bakı 19°C

DİN: həftəsonu cinayət törətməkdə şübhəli bilinən 92 nəfər tutulub

29.03.21 11:00 427
DİN: həftəsonu cinayət törətməkdə şübhəli bilinən 92 nəfər tutulub
Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü "isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər