• cümə axşamı, 18 aprel, 18:57
  • Baku Bakı 21°C

DİN: Gün ərzində 122 cinayət faktı qeydə alınıb

29.03.18 11:10 753
DİN: Gün ərzində 122 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların da 27-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 46 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər