• cümə axşamı, 25 aprel, 05:03
  • Baku Bakı 19°C

DİN Goranboyda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb

06.01.18 12:25 924
DİN Goranboyda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb
Daxiliİşlər Nazirliyi Goranboyda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri ZülfiCəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
banner

Oxşar Xəbərlər