• cümə, 29 Mart, 06:32
  • Baku Bakı 5°C

DİN: "Dəmirçi Plaza"dakı qətl "COBALT" markalı tüfənglə törədilib

09.01.17 13:15 2452
DİN: "Dəmirçi Plaza"dakı qətl "COBALT" markalı tüfənglə törədilib
Daxili İşlər Nazirliyi(DİN) "Dəmirçi Plaza"da törədilən qətllə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraqHavaYolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.
banner

Oxşar Xəbərlər