• şənbə, 27 Aprel, 07:06
  • Baku Bakı 12°C

DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

14.12.18 16:00 590
DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 99 cinayət faktı qeydə alınıb. Onların 15-i "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər