• şənbə, 20 Aprel, 11:03
  • Baku Bakı 14°C

DİN: borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılıb

03.08.19 14:22 8661
DİN: borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılıb
Ötən gün törədilmiş 29 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər