• cümə, 26 Aprel, 17:18
  • Baku Bakı 23°C

DİN: Bir gündə ölkədə 11 cinayət qeydə alınıb

27.10.18 12:45 527
DİN: Bir gündə ölkədə 11 cinayət qeydə alınıb
Oktyabrın 26-dan 27-dək respublikanın daxili işlər orqanları tərəfindən 111 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qeydə alınan cinayətlərin 18-si "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər