AZE | RUS | ENG |

DİN: Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb

DİN: Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb
Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 12-də saat 12.38-də FHN-nin "112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib. Məlumat DİN-in "102” Xidmətinə ötürülüb.
 
Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.
 
Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər "isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
 
Araşdırma aparılır.
 
DİN vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcəkdir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2346
TRY 1 Türk lirəsi 0.2937
KWD 1 Küveyt dinarı 5.6076
SEK 1 İsveç kronu 0.1898
EUR 1 Avro 1.9673
CHF 1 İsveçrə frankı 1.7193
USD 1 ABŞ dolları 1.7000