• cümə axşamı, 25 aprel, 14:12
  • Baku Bakı 23°C

DİN AXCP-nin sədr müavininin saxlanılmasına aydınlıq gətirib

26.02.21 19:51 699
DİN AXCP-nin sədr müavininin saxlanılmasına aydınlıq gətirib
Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan ZahidovAPA-ya bildirib ki, AXCP üzvü bu gün "Ana harayı" abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib:
"Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb".
banner

Oxşar Xəbərlər