AZE | RUS | ENG |

DİN Ağstafada çobanın törətdiyi qətllə bağlı məlumat yayıb

DİN Ağstafada çobanın törətdiyi qətllə bağlı məlumat yayıb
Avqustun 4-də Ağstafa rayonunun Qarayazı qəsəbəsi ərazisində yerləşən fermada, orada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən 2 dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə S.Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Həmşəyevanın vəziyyəti ağırdır.

Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.İbrahimov tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "МЦ-2112” markalı tüfəng götürülüb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9398
GEL 1 1 Gürcüstan larisi 0.6373
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1857
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1895
CHF 1 1 İsveçrə frankı 1.7208
KWD 1 1 Küveyt dinarı 5.6107
TRY 1 1 Türkiyə lirəsi 0.3119