AZE | RUS | ENG |

DİN: Altı müxalifətçinin inzibati həbsi barədə iddialar yalandır

DİN: Altı müxalifətçinin inzibati həbsi barədə iddialar yalandır
"Milli Şuraya daxil olan partiya və birliklərin funksionerlərinin son günlər onların 6 üzv və tərəfdarının inzibati qaydada həbs olunduğu barədə iddiaları əsassızdır və yalandır”.
 
Bunu APA-nın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
 
E. Zahidov bildirib ki, son 3 gündə müxtəlif növ inzibati xəta törətdiyi üçün respublika üzrə 6 nəfər deyil, 62 nəfər məhkəmələrin çıxardığı qərarlarla inzibati qaydada həbs olunub: "Onların arasında iqtidar partiyasının da, müxalifət partiyasının da üzvü və ya tərəfdarları, eləcə də fəhləsindən tutmuş ziyalısına qədər, hər kəs ola bilər. Bəs nəyə görə müxalifət partiyalarının funksionerləri inzibati qaydada həbs olunan 62 nəfərin deyil, yalnız onlardan 6 nəfərin müdafiəsinə qalxır? Deməli, bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər. Amma bilməlidirlər ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qayda-qanuna əməl etmək hamının borcudur. Burada istisnalar yoxdur”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000