• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

DİM: IX sinfin buraxılış imtahanlarında iştirak etməyən şagirdlərə attestat verilməyəcək

18.01.17 14:20 642
DİM: IX sinfin buraxılış imtahanlarında iştirak etməyən şagirdlərə attestat verilməyəcək
2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcək.APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva deyib ki, təsdiq olunmuş yeni qaydalara əsasən IX sinifdə buraxılış imtahanı II mərhələdə təşkil olunacaq.
O bildirib ki, I mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq və 10 qapalı tipli, Riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək: "Bundan əlavə, şagirdlər I mərhələdə təqdim edilmiş mövzulardan seşməklə könüllülük əsasında esse yazırlar. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı test təqdim olunur. I mərhələdə 30, ll mərhələdə 70 bal toplamaq lazımdır. Buraxılış imtahanının I mərhələsində imtahan vaxtı 2 saat 30 dəqiqə, tapşırıqların yerinə yetirilməsinə 2 saat, essenin yazılmasına 30 dəqiqə ayrılır. Il mərhələdə imtahan vaxtı 1 saat 30 dəqiqədir".
A. Batıyeva qeyd edib ki, buraxılış imtahanında iştirak etməyən şagirdlərə attestat verilməyəcək.
banner

Oxşar Xəbərlər