• cümə, 19 Aprel, 00:57
  • Baku Bakı 18°C

DİM-in şöbə müdiri: “Dövlət qulluğuna qəbul asanlaşdırılıb"

19.06.17 14:55 1269
DİM-in şöbə müdiri: “Dövlət qulluğuna qəbul asanlaşdırılıb"
"Əvvəllər dövlət qulluğunda yüksəliş üçün iki yol - daxili və ümumi müsahibə keçirilməsi müəyyənedilmişdisə, indi sertifikat əldə edən namizədin bu iki yola ehtiyacı olmadan yüksək vəzifəyə təyin edilməsi şansı var".
APAnın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə deyib.
V. Əsgərov qeyd edib ki, yeni dövlətqulluğu modeli sertifikasiya sistemiilə bağlıdır: "Vətəndaşlar dövlət qulluğuna test imtahanlarının nəticələri əsasında sertifikatla qəbul olunacaqlar. Bu sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs inzibati vəzifələrə uyğun sertifikat alacaq. Bu sertifikatyalnızhəmin vəzifə üzrə deyil, həmin vəzifənin alt qrupuna daxilolan bir neçəvəzifə üzrə də qəbul edilir. Misal olaraq, nazirlikdə baş məsləhətçi vəzifəsində olan şəxs 5 il ərzində baş məsləhətçi vəzifəsi ilə yanaşı, bundan aşağı olan digər vəzifələr üzrə də müsahibələrdə iştirak etmək hüququqazanacaq. Yeni sistemin üstünlüyü ondan ibarətdir ki, artıq vətəndaş bir deyil, ondan aşağı olan və sertifikatla nəzərdə tutulandigər vəzifələr üzrə də keçirilənmüsahibələrdə iştirak edə biləcək. Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır".
V. Əsgərov qeyd edib ki, dövlət qulluğunda işə qəbul müsabiqəsi DİM tərəfindən elan ediləcək. Test imtahanında uğur qazananlar üçün müsahibələr bu qurumun nümayəndəsinin iştirakı iləaparılacaq.
banner

Oxşar Xəbərlər