• çərşənbə, 24 Aprel, 10:00
  • Baku Bakı 13°C

DİM ikinci sınaq imtahanı keçirir

15.04.18 08:30 814
DİM ikinci sınaq imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi(DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.
DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada olacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və23 124 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanı bütün binalarda1 növbə üzrə olmaqla saat 11:00-dabaşlanır.
banner

Oxşar Xəbərlər