• cümə axşamı, 18 aprel, 16:39
  • Baku Bakı 22°C

DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib

30.03.17 13:00 640
DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib.
DİM-dənAPA-ya verilən xəbərə görə, bu il mayın 27-də vəiyunun 11-də ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib, eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib, hesablarının balansını artırırlar. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib, ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər